"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatıb
"Şəfa" klubu kanadalı vinger Treyvon Fulleri heyətinə qatıb. Day.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb. Treyvon Fuller son olaraq Gürcüstanın "Dila" (Qori) komandasında çıxış edib.