Mərkəzi Bankın nağd pul siyasəti balanslı və davamlı yanaşma üzərində qurulur
Rəqəmsal transformasiya dövründə milli valyutanın gələcəyi, yeni nəsil pul nişanlarının konsepsiyası, nağd pul dövriyyəsinin optimallaşdırılması və investisiya pul nişanlarının əhəmiyyəti artmaqdadır. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib.