43 yaşlı kişi kanalda boğuldu
Kürdəmirdə 43 yaşlı kişi kanalda boğularaq ölüb. Day.Az xəbər verir ki, Şüşün kənd sakini, 1983-cü il təvəllüdlü Rəşad Məhəmməd oğlu Cəfərov kəndin ərazisindən keçən su kanalında boğulub. R.Cəfərovun meyiti sudan çıxarılıb. Araşdırma aparılır.